ABŞ-də strateji bombardmançı təyyarə qəzaya uğradı - Ölənlər var

ABŞ-də strateji bombardmançı təyyarə qəzaya uğradı - Ölənlər var Dünya

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52 Stratofortress” bombardmançı təyyarə Kaliforniya ştatındakı Edvards Hərbi Hava Bazası aerodromundan havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə aviabazanın “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“ABŞ Hərbi Hava Qüvvələrinin “B-52 Stratofortress” təyyarəsi Edvards aerodromundan havaya qalxdıqdan qısa müddət sonra, yerli vaxtla saat 11:20-də qəzaya uğrayıb. Xilasetmə xidmətlərinin əməkdaşları dərhal hadisə yerinə gəliblər”, - deyə məlumatda qeyd edilib.

Məlumata görə, qəza nəticəsində ekipajın 8 üzvü həlak olub.

Bildirilib ki, bombardmançı sınaq uçuşu zamanı yerə çırpılıb.