ABŞ-də Trampın şəkli olan sikkələr buraxılacaq – FOTO
Dünya
ABŞ-də üzərində Prezident Donald Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılacaq.
News24.az xəbər verir ki, bu barədə maliyyə naziri Skott Bessent sosial media platforması X-də məlumat verib.
"Amerika müstəqilliyinin 250 illiyi şərəfinə, Amerika Birləşmiş Ştatları Zərbxanası azadlığın əbədi irsini və vətənpərvərliyin əbədi simvolunu şərəfləndirmək üçün yeni 1 dollarlıq qızıl sikkə zərb etməyə başlayacaq. Sikkədə Prezident Tramp təsvir olunub", - nazir yazıb.