ABŞ-də yaşayan pişik qeyri-adi xüsusiyyətinə görə rekordlar kitabına düşdü
Dünya
ABŞ-nin Miçiqan ştatında yaşayan Tobi adlı pişik qeyri-adi pəncələri sayəsində rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
News24.az xəbər verir ki, baytarlar Tobinin 28 barmağının olduğunu təsdiqləyiblər.
Adətən pişiklərin 18 barmağı olur. Lakin Tobi polidaktiliya adlanan nadir anadangəlmə xüsusiyyətlə doğulub. Bu hal əlavə barmaqların olması ilə xarakterizə edilir.
Qeyd edək ki, əvvəlki rekord 2002-ci ildə Kanadada yaşayan Ceyk adlı pişiyə məxsus idi. Onun da 28 barmağı olub.
Tobinin sahibi Delani Henderson bildirib ki, pişiyin pəncələrini ilk dəfə görəndə çox təəccüblənib. Onun sözlərinə görə, bu qeyri-adi xüsusiyyətə baxmayaraq, Tobi tamamilə sağlamdır. Əlavə barmaqlar onun qaçmasına, oynamasına və adi pişik həyatı yaşamasına heç bir maneə yaratmır.
Delani əlavə edib ki, ilk görüşdən etibarən Tobi ilə xüsusi bağ hiss edib və pişiyin məhz onların ailəsinin bir üzvü olmalı olduğuna inanıb. (oxu.az)