ABŞ-dən Kanadaya 50 faiz gömrük vergisi
Dünya
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan avtomobillər, yük maşınları, avtomobil hissələri və polad üçün gömrük tariflərinin 1 yanvar 2027-ci ildən 50 faizə qaldırılacağını açıqlayıb.
News24.az xəbər verir ki, Tramp qərarı ABŞ-nin Kanada ilə ticarətdə böyük kəsirə malik olması ilə əsaslandırıb. O, şirkətləri istehsalı ABŞ-yə köçürməyə çağırıb və ölkə daxilində istehsal olunan məhsullara əlavə tarif tətbiq edilməyəcəyini bildirib.
Qərar ABŞ və Kanada arasında ticarət danışıqlarının nəticəsiz başa çatmasından sonra açıqlanıb. Kanada Baş naziri Mark Karni Vaşinqtonun irəli sürdüyü şərtləri ədalətsiz adlandırıb və ABŞ tariflərinə qarşılıq veriləcəyini bildirib.
Beləliklə, yeni tarif qərarı iki ölkə arasında onsuz da gərgin olan ticarət münasibətlərini daha da kəskinləşdirir.