ABŞ-dən İrana "Şillə" əməliyyatı

ABŞ-dən İrana "Şillə" əməliyyatı Dünya

ABŞ administrasiyasının bəzi üzvləri İrana zərbələrin bərpasını qeyri-rəsmi şəkildə "Şillə" əməliyyatı adlandırırlar.

News24.az xəbər verir ki, bu ad bəzi rəsmilərin "ağrılı, lakin qısa müddətli" hərbi əməliyyat gözləntilərini ifadə edir.

Ağ Evdəki mənbələrdən biri bildirib ki, Prezident Donald Tramp münaqişənin tezliklə başa çatmasını istəyir, lakin İran gəmilərə hücum edərsə, bu cavabsız qalmayacaq.

Mənbələrin sözlərinə görə, "Şillə" adı bəzi yüksək vəzifəli şəxslər tərəfindən yazışmalarda və söhbətlərdə istifadə olunur. Bununla belə, rəsmi əməliyyatın adı "Epik Qəzəb"dir. / New York Post/