ABŞ-dən İrana yeni şərt
Dünya
ABŞ Hörmüz boğazında maneəsiz gəmiçiliyin bərpası ilə bağlı razılaşma əldə edildikdən dərhal sonra İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmağı planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələr vurğulayıblar ki, ABŞ-nin bundan sonrakı addımları İranın boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.
Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa belə, İslam Respublikası ilə qarşıdurmanı başa çatdırmağa hazırdır.