ABŞ-dən Tehrandakı gözlənilməz addıma reaksiya

ABŞ-dən Tehrandakı gözlənilməz addıma reaksiya Dünya

ABŞ Dövlət Departamenti Tehranda bir küçəyə ABŞ prezidenti Donald Trampın adını verən İran vətəndaşına açıq dəstək nümayiş etdirib.

News24.az xəbər verir ki, departamentin farsdilli “X” hesabında paylaşılan açıqlamada bu addım yüksək qiymətləndirilib.

Açıqlamada deyilir: "Tehranda bir küçəni Prezident Trampın adı ilə adlandıran anonim şəxsin addımını təqdir edirik. ABŞ İran xalqının səsinə və arzularına hörmətlə yanaşır. Biz onların daha çox azadlıq, rifah və imkanlara nail olmaq üçün göstərdikləri səyləri dəstəkləməyə sadiq qalırıq".

Bəyanatda vurğulanıb ki, ABŞ İran xalqının səsinə və istəklərinə hörmətlə yanaşır, onların daha böyük azadlıq, rifah və imkanlara nail olmaq üçün göstərdiyi səyləri dəstəkləməyə sadiqdir.