ABŞ-dən Ukraynaya sülh xəbərdarlığı
Dünya
Ukraynanın Rusiya ilə sülh razılaşmasına nail olmaq üçün son şansı olduğu bildirilib.
News24.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis “Deep Dive” YouTube kanalında deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə razılaşma əldə etməsə, Rusiya ordusu döyüş meydanında qələbə qazana bilər.
Devis bildirib ki, Rusiya tərəfi danışıqlar və diplomatiya təklif edən yeganə tərəfdir. O qeyd edib ki, Ukrayna və müttəfiqləri hər dəfə dialoqdan imtina etdikdə, növbəti mümkün razılaşma Kiyev üçün daha əlverişsiz olur.
Hərbçinin sözlərinə görə, münaqişə artıq son mərhələyə daxil olub və diplomatiya üçün imkan getdikcə daralır.