"ABŞ dövlət borcu problemini süni intellekt və robotların köməyi ilə həll edə bilər"

"ABŞ dövlət borcu problemini süni intellekt və robotların köməyi ilə həll edə bilər" Dünya

ABŞ rekord həddə çatan dövlət borcu problemini yalnız süni intellekt texnologiyalarından və robotlardan istifadə etməklə həll edə bilər.

News24.az xəbər verir ki, bu sözləri Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask deyib.

Maskın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dövlət borcunun azaldılmasını əsas məqsəd kimi müəyyən etsəydi, buna süni intellektin köməyi ilə nail olmaq mümkün olardı.

Bununla belə, sahibkar qeyd edib ki, büdcə kəsirini aradan qaldırmağa və səmərəsiz xərcləri dayandırmağa çalışarkən çox sayda düşmən qazanmaq mümkündür.

“Robotlarınız olsa, kosmosa çıxa bilsəniz, Yer kürəsinin iqtisadiyyatından potensial olaraq milyon dəfə böyük iqtisadiyyat yarada bilərsiniz. Nəticədə pul öz əhəmiyyətini itirə bilər”, – deyə Mask bildirib.

Sahibkarın fikrincə, pul tamamilə yox olmayacaq, lakin onun dəyəri güc, tonnaj, kütlə və enerji kimi ölçü vahidləri ilə ifadə oluna bilər.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu 40,4 trilyon dollar həddinə yaxınlaşıb.