ABŞ Ebola ilə mübarizəyə rekord məbləğ ayırdı
Dünya
ABŞ Ebola virusunun yayılmasına qarşı mübarizə üçün ayrılan yardımı üç dəfə artırıb. Yardımın ümumi məbləği artıq 112 milyon dollardan çox olacaq.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, əlavə 80 milyon dollar ayrılması ilə ABŞ Dövlət Departamenti iki həftədən az müddətdə Ebola ilə mübarizə üçün 112 milyon dollardan artıq ikitərəfli xarici yardım səfərbər edib.
Yeni vəsait əsas tərəfdaşlara yönəldiləcək və fərdi qoruyucu vasitələrin alınması və çatdırılması, sərhəd yoxlamalarının təşkili, eləcə də diaqnostika işlərinə sərf olunacaq.