ABŞ göndərmək istədi, Netanyahu veto qoydu

ABŞ göndərmək istədi, Netanyahu veto qoydu Dünya

İsrailin Baş naziri Binyamin Netanyahu Ukraynaya "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemlərinin verilməsini bloklayıb.

News24.az xəbər verir ki, məlumata görə, 2023-cü ildə vəfat etmiş respublikaçı senator Lindsi Qrem ABŞ ordusuna məxsus iki "Dəmir Günbəz" hava hücumundan müdafiə batareyasının Ukraynaya göndərilməsini dəstəkləyib, lakin İsrailin Baş naziri Binyamin Netanyahu texnologiyanın İrana sızması ehtimalından narahat olduğu üçün bu qərara veto qoyub.

Qeyd olunur ki, sistemlər ABŞ vəsaiti hesabına alınsa da, "Dəmir Günbəz" ABŞ və İsrail tərəfindən birgə hazırlandığından Vaşinqton İsrailin razılığı olmadan onların taleyi ilə bağlı müstəqil qərar verə bilməyib. ("The Washington Post")