"ABŞ Hörmüz boğazında İranın bütün hərbi potensialını məhv edəcək" - Tramp

"ABŞ Hörmüz boğazında İranın bütün hərbi potensialını məhv edəcək" - Tramp Dünya

“Vaşinqtonun Hörmüz boğazı bölgəsində İranın bütün hərbi potensialını tamamilə məhv etməyi planlaşdırır. Məqsəd Tehranı bu strateji boğaza nəzarət imkanından məhrum etməkdir”.

News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

“Biz onların Hörmüz boğazı ilə bağlı bütün imkanlarını məhv edəcəyik və hesab edirəm ki, nəticədə onları bu boğaza nəzarət etmək imkanından tamamilə məhrum edəcəyik”, – deyə Tramp bildirib.

Bununla yanaşı, Ağ ev rəhbəri Vaşinqton və Tehran arasında razılaşmanın hələ də mümkün olduğunu vurğulayıb.

“Düşünürəm ki, razılaşma mümkündür”, – deyə Tramp qeyd edib.