ABŞ Hörmüz boğazından gəmilərin gizli keçdiyini etiraf etdi
Dünya
Son üç həftə ərzində ABŞ Mərkəzi Komandanlığı təxminən 70 ticarət gəmisinə Hörmüz boğazından gizli keçid təmin edib.
News24.az xəbər verir ki, bu barədə "The New York Times " (NYT) qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumatda qeyd olunub.
"İranla danışıqların dayandırılması fonunda su yolu ilə naviqasiyanın riskli qalmasına baxmayaraq, son həftələrdə ABŞ qoşunları onlarla ticarət gəmisinin Hörmüz boğazından keçməsinə kömək edib", -deyə hesabatda qeyd edilib.
Rəsmilər bildirib ki, boğazdan görünməz şəkildə keçmək üçün əksər gəmilər transponderlərini söndürüblər.