ABŞ Hörmüz boğazından keçidi ödənişli etmək istəyir

ABŞ Hörmüz boğazından keçidi ödənişli etmək istəyir Dünya

ABŞ Hörmüz boğazından hərbi gəmilərin müşayiəti ilə ödənişli keçid tətbiq etmək imkanını müzakirə edir.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Ev ABŞ ilə İran arasında davam edən danışıqlar fonunda gəmi sahibləri və sığorta şirkətləri üçün Hörmüz boğazı marşrutunu daha cəlbedici etmək variantlarını nəzərdən keçirir.

Müzakirə olunan təkliflərdən biri gəmilərə xüsusi ödəniş müqabilində “imtiyazlı keçid” verilməsidir.

Bu halda gəmilər ABŞ hərbi gəmilərinin müşayiəti ilə boğazdan daha sürətli və təhlükəsiz şəkildə keçə biləcəklər.

Nəşrin jurnalistləri vurğulayırlar ki, bu məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib.