ABŞ Çin avtomobillərinin satışını qadağan edəcək

ABŞ Çin avtomobillərinin satışını qadağan edəcək Dünya

ABŞ Senatına Çin avtomobil istehsalçılarının Amerika bazarına çıxışını məhdudlaşdıran qanun layihəsi təqdim edilib.

News24.az xəbər verir ki, layihəyə əsasən, Çinin 15 faizdən çox paya sahib olduğu avtomobillərin ABŞ-də satışı qadağan oluna bilər. Sənəddə həmçinin avtomobillərin proqram təminatı, rabitə və peyk naviqasiya sistemləri ilə bağlı tələblərin sərtləşdirilməsi də nəzərdə tutulur.

Qanunvericilər təşəbbüsü milli təhlükəsizliklə əsaslandırır və Çin texnologiyalarının məlumat təhlükəsizliyi üçün risk yarada biləcəyini vurğulayırlar./Reuters/