ABŞ Çinlə süni intellekt risklərini müzakirə edəcək

ABŞ Çinlə süni intellekt risklərini müzakirə edəcək Dünya

ABŞ Çinlə qarşıdakı danışıqlarda süni intellektin hər iki ölkə üçün yarada biləcəyi ümumi riskləri müzakirə etməyə hazırdır.

News24.az xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent bildirib.

Onun sözlərinə görə, bu həftəsonu Nyu-Yorkda Çin Baş nazirinin müavini He Lifeng ilə danışıqlar keçiriləcək.

Bessent qeyd edib ki, görüşdə açıq və qapalı mənbəli süni intellekt modelləri, ticarət, nadir torpaq elementləri və digər iqtisadi məsələlərin müzakirəsi gözlənilir.

Danışıqların bir neçə saat davam edəcəyi və müxtəlif mövzular üzrə müzakirələrin bazar ertəsinə qədər uzana biləcəyi bildirilib.