ABŞ şirkətindən sensasiya: cəmi 20 min dollara "dəmir işçi" – VİDEO
Dünya
ABŞ-yə məxsus şirkət 200 saat fasiləsiz işləyən yeni humanoid robotunu təqdim edib.
News24.az xəbər verir ki, robot həmin müddət ərzində təkbaşına təxminən 250 min bağlamanı çeşidləyib.
Fəaliyyəti zamanı da heç bir nasazlıq yaşanmayıb.
Məlumata görə, bu "dəmir işçinin" qiyməti təxminən 20 min ABŞ dollarıdır.