ABŞ konsulluğuna hücum: İraq açıqlama yaydı
Dünya
İraqın Ərbil şəhərində yerləşən ABŞ konsulluğuna pilotsuz uçuş aparatları ilə hücum cəhdinin qarşısı alınıb.
News24.az xəbər verir ki, bu barədə "Shafaq News" agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, konsulluğu hədəf alan dörd pilotsuz uçuş aparatı (PUA) Ərbil Beynəlxalq Hava Limanının hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən son hücum dalğasının başa çatdığını açıqlamışdı. Bildirilmişdi ki, ABŞ qüvvələri yeddi gecə ardıcıl davam edən əməliyyatları yerli vaxtla səhər saatlarında yekunlaşdırıb.