ABŞ Kubaya sanksiyaları sərtləşdirdi
Dünya
ABŞ Kubaya qarşı yeni məhdudiyyətlər tətbiq edib.
News24.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Kubaya səfərlər və maliyyə əməliyyatları ilə bağlı qaydaları sərtləşdirib.
Yeni qaydalara əsasən, ABŞ vətəndaşlarına Kubada peşəkar görüş və konfranslar keçirmək və ya iştirak etmək qadağan olunub.
Təhsil məqsədilə Kubaya səfərlərə də yeni məhdudiyyətlər qoyulub. Əvvəllər icazə verilən bəzi qrup səfərləri artıq mümkün olmayacaq.
Bundan əlavə, Kuba ordusu və təhlükəsizlik qüvvələri ilə əlaqəli qurumlarla maliyyə əməliyyatları qadağan edilib.
ABŞ banklarına Kubanın özəl sektorunda çalışan sahibkarlar üçün bank hesabları açmaq və ya saxlamaq da qadağan olunub.