ABŞ-li nazirin olduğu təyyarənin mühərriki sıradan çıxdı - Təcili eniş edildi

ABŞ-li nazirin olduğu təyyarənin mühərriki sıradan çıxdı - Təcili eniş edildi Dünya

ABŞ Daxili Təhlükəsizlik naziri Markveyn Malininin olduğu “Gulfstream V” təyyarəsi mühərriklərdən birinin sıradan çıxmasından sonra Vaşinqtondakı Ronald Reyqan adına hava limanına eniş edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, təyyarə yerli vaxtla saat 13:35 radələrində eniş edib.

Təyyarənin göyərtəsində 14 nəfər olub və onların heç biri xəsarət almayıb.

Hadisəni şərh edən Malinin bildirib ki, ABŞ Sahil Mühafizəsinin pilotları bir mühərriklə enişi peşəkarlıqla həyata keçiriblər.

“Təşvişə ehtiyac yoxdur. Qüsursuz peşəkarlıq!”, – nazir “X” sosial şəbəkəsində yazıb.