ABŞ Litvaya “Switchblade” dronları göndərdi
Dünya
ABŞ Litvaya “Switchblade” 600 hücum dronlarından ibarət partiya göndərib.
News24.az xəbər verir ki, bu barədə Litvanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, dronlar ölkə ordusuna zirehli texnikalara qarşı mübarizə aparmaq üçün yeni imkanlar verəcək.
Onun sözlərinə görə, bu silahlar Litvanın çəkindirmə imkanlarını və təhlükəsizliyini artıracaq.