ABŞ: Media qurumlarının Ağ Evə girişinə məhdudiyyət qoyula bilər
Dünya
ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trampın milli təhlükəsizlik səbəbilə bəzi media qurumlarının Ağ Evin müəyyən hissələrinə girişini məhdudlaşdıra biləcəyini bildirib.
News24.az xəbər verir ki, nazirlik CNN, MS NOW və Politico-nun Tramp administrasiyasına qarşı qaldırdığı məhkəmə işi çərçivəsində Vaşinqtondakı federal məhkəməyə sənədlər təqdim edib.
Sənəddə Ağ Evə girişin hüquq deyil, imtiyaz olduğu qeyd edilib. Nazirlik Oval Ofis kimi məhdud ərazilərə jurnalistlərin girişinə nəzarət edilə biləcəyini bildirib.
Qeyd edək ki, Tramp sentyabrın 18-də CNN, MS NOW və Politico-nun müxbirlərinin Ağ Evə girişini qadağan edib. Bundan sonra media qurumları qərara qarşı məhkəməyə müraciət ediblər.