ABŞ müttəfiqlərini İrana mümkün hücum barədə xəbərdar etdi

ABŞ müttəfiqlərini İrana mümkün hücum barədə xəbərdar etdi Dünya

ABŞ Yaxın Şərqdəki müttəfiqlərini ara seçkilərdən sonra İrana qarşı hərbi hücumların yenidən başlaya biləcəyi barədə xəbərdar edib.

News24.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə danışan iki ABŞ diplomatı məlumat verib.

Diplomatların sözlərinə görə, mümkün hücumların bir neçə gün davam edə biləcəyi və İranın cavab olaraq enerji obyektlərini və mühüm infrastrukturu hədəf ala biləcəyi bildirilib. Region ölkələrinə mümkün qisas hücumlarına hazırlaşmaq tövsiyə olunub.

ABŞ prezidenti Donald Trampın İrana yeni hücumlarla bağlı hələ yekun qərar vermədiyi qeyd edilib.