ABŞ-nin İranla müharibədə itkiləri açıqlandı
Dünya
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri 600-dən çox amerikalı hərbçinin yaralandığı bildirilir.
News24.az xəbər verir ki, Pentaqon yaralı və həlak olan hərbçilərlə bağlı statistik məlumatları iyulun 7-dən etibarən dərc etməyə başlayıb. Həmin tarix ABŞ və İran arasında atəşkəsin pozulmasından sonra hərbi əməliyyatların yenidən başladığı gün kimi göstərilir.
Məlumata əsasən, iyulun 7-dən bu günə qədər daha 207 ABŞ hərbçisi yaralanıb. Beləliklə, fevralın 28-dən başlayan əməliyyatlar dövründə yaralanan amerikalı hərbçilərin ümumi sayı 624-ə, həlak olanların sayı isə 18-ə çatıb.