ABŞ-nin texnologiya nəhənglərinin milyardlarla borc öhdəliyi var
Dünya
ABŞ-nin aparıcı texnologiya şirkətləri – "Google", "Microsoft", "Amazon", "Meta" və "Oracle"ın süni intellekt infrastrukturuna böyük investisiyalar fonunda ümumilikdə 1,65 trilyon dollar həcmində balansdankənar borc öhdəliyi formalaşıb.
News24.az xəbər verir ki, "Nikkei Asia" nəşrinin məlumatına görə, bu məbləğin təxminən 1,35 trilyon dolları maliyyə hesabatlarında əks olunsa da, qalan hissə hələ tamamlanmamış layihələrə aid öhdəliklər olduğundan balanslarda görünmür.
Məlumata əsasən, ən böyük balansdankənar öhdəlik "Meta" şirkətinə məxsusdur və 420 milyard dollar təşkil edir. "Oracle"ın bu tip öhdəlikləri isə son dörd ildə 30 dəfədən çox artaraq 273 milyard dollara yüksəlib.
Analitiklər bildirirlər ki, süni intellekt layihələrinin maliyyələşdirilməsində qeyri-şəffaf borclanmanın artması və məlumat mərkəzlərinin tikinti xərclərinin yüksəlməsi gələcəkdə şirkətlər üçün maliyyə risklərini artırır.