ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırıldı
Dünya
ABŞ-nin bir neçə hava limanında texniki nasazlıq səbəbindən yerüstü xidmət və uçuşlar dayandırılıb.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mülki Aviasiya İdarəsinin saytındakı bəyanatda deyilir.
Onların arasında Con Kennedi adına, La-Quardiya, Teterboro, Uestçester (Nyu-York ştatı) hava limanları, eləcə də Nyuark (Nyu-Cersi ştatı) və Filadelfiya (Pensilvaniya ştatı) şəhərlərinin aeroportları var.
Səbəb kimi avadanlığın nasazlığı göstərilib. Məlumata görə, gecikmələr bir saatdan dörd saatadək davam edə bilər. (Report)