ABŞ nümayəndələri Putin, Tramp və Si Cinpinin görüşündə olmayacaqlar

ABŞ nümayəndələri Putin, Tramp və Si Cinpinin görüşündə olmayacaqlar Dünya

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner Rusiya, ABŞ və Çin liderlərinin Şençjendə keçiriləcək görüşündə iştirak etməyəcəklər.

News24.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev məlumat verib.

Onun sözlərinə görə, amerikalı nümayəndələr əvvəlcə görüşdə iştirak etməli idilər. Lakin hazırda onlar Avropa tərəfdaşları ilə mümkün təhlükəsizlik strukturu ilə bağlı müzakirələr aparırlar.

Dmitriyev bildirib ki, görüşdə iştirak etməsələr də, Uitkoff və Kuşnerin fəaliyyəti davam edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında gözlənilən görüşlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da açıqlama verib. O, görüşün nəticələrinin böyük maraqla gözlənildiyini bildirib.