ABŞ nümayəndələri Ukrayna və Avropa rəsmiləri ilə Berlində görüşəcək

ABŞ nümayəndələri Ukrayna və Avropa rəsmiləri ilə Berlində görüşəcək Dünya

ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner cümə axşamı Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər.

News24.az xəbər verir ki, görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və ölkənin iqtisadi bərpası planı müzakirə olunacaq.

Məlumata əsasən, həmin gün ABŞ Prezidenti Donald Tramp Çində Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə görüşəcək.

ABŞ rəsmisi Berlin görüşü ilə Trampın Çin səfərini vahid diplomatik səylərin tərkib hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Trampın köməkçiləri Ukrayna və Avropa rəsmiləri ilə müntəzəm təmasda olmaqla yanaşı, Rusiya tərəfi ilə də əlaqələri davam etdirirlər.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas daha əvvəl Ukrayna ilə bağlı genişmiqyaslı sülh danışıqlarına başlanmazdan əvvəl atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb. O, Rusiyanın irəli sürdüyü tələbləri qeyri-ciddi və absurd adlandırıb.