ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
Dünya
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.
Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasının dondurulmuş aktivlərinin sərbəst buraxılması, eləcə də nüvə proqramı məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Əli Xameneinin dəfni ilə əlaqədar olaraq danışıqlarda Tehrana bir həftəlik fasilə verildiyini elan edib. (Report)