ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində açıqlanacaq

ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində açıqlanacaq Dünya

ABŞ ilə İran arasında aparılan danışıqların nəticəsi yaxın 48 saat ərzində məlum ola bilər.

News24.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Vaşinqton və Tehran arasında razılıq əldə olunacağı təqdirdə Hörmüz boğazının avqustun 5-də açıla biləcəyi barədə yayılan məlumatlara münasibət bildirməsini istəyərkən deyib.

"İranla danışıqlarda çox yaxşı irəliləyiş əldə etmişik. Nəticələri 48 saat ərzində öyrənəcəyik. Hörmüz boğazının açılması sabah və ya birisi gün baş verə bilər. Əhəmiyyətli irəliləyiş var", – deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl “Axios” portalı ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı İran və Omanla əldə olunan müvəqqəti razılaşmaları avqustun 5-də elan etməyə hazırlaşdığını yazıb.