ABŞ İran millisinin media nümayəndələrinə viza vermədi

ABŞ İran millisinin media nümayəndələrinə viza vermədi Dünya

ABŞ 2026-cı il Dünya Kuboku öncəsi İran milli komandasının iki media nümayəndəsinə viza verməkdən imtina edib.

News24.az-ın məlumatına görə, viza problemi səbəbindən əməkdaşlar komanda ilə birlikdə ABŞ-yə səfər edə bilməyiblər. Qurum bu məlumatların operativ paylaşılmasında gecikmələr yarada biləcəyini qeyd edib.

Qeyd edək ki, İran millisi turnirdə ilk oyununu Yeni Zelandiyaya qarşı keçirəcək.