ABŞ İranı PUA-ilə vurdu - SEPAH hərbçisi öldü
Dünya
ABŞ Silahlı Qüvvələrinin İrana endirdiyi yeni zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hərbçisi həlak olub.
News24.az xəbər verir ki, bu barədə SEPAH-ın Bəndər-Mahşəhr şəhəri üzrə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, hərbçi iyulun 8-i səhər saatlarında ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində həyatını itirib.
"SEPAH hərbçisi Məhəmməd Rza Hazini düşmən pilotsuz uçuş aparatlarının hücumunu dəf edərkən qəlpə yarası alıb və həlak olub", – deyə açıqlamada bildirilib. /Mehr/