ABŞ İrana 300 milyard dollar ödəyəcək? - Trampdan açıqlama

ABŞ İrana 300 milyard dollar ödəyəcək? - Trampdan açıqlama Dünya

ABŞ-nin İrana 300 milyon dollar ödəməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İran nüvə silahına sahib olmamağa razılaşıb. Bundan əlavə, ABŞ-nin İrana 300 milyon dollar ödəməsi barədə hekayə demokratların yaydığı saxta xəbərlərdir!!!” – deyə Tramp yazıb.

Ehtimal olunur ki, ABŞ prezidenti mediada yayılan və İranın qarşılıqlı anlaşma memorandumu çərçivəsində bərpa fondlarından 300 milyard dollara çıxış əldə edə biləcəyi barədə xəbərlərə münasibət bildirib.

“Financial Times” yazıb ki, Tramp administrasiyası İrana investisiya qoymaq istəyən özəl şirkətlərin vəsaiti hesabına 300 milyard dollarlıq fondun yaradılmasını təklif edib.

Məlumata görə, bu fond dövlət büdcəsindən deyil, özəl investisiyalar hesabına maliyyələşdirilməlidir.

Məlumata görə, İranın bu fonda çıxışı yeni sazişin şərtlərinə əməl etməsindən asılı olacaq. Fondun məqsədi ölkənin yenidən qurulması və modernləşdirilməsi prosesini dəstəkləməkdir. Rəsmilər bildiriblər ki, Avropa və Asiya şirkətləri, o cümlədən Yaponiya və Cənubi Koreya şirkətləri, eləcə də ABŞ-dən olan investorlar bu fonda maraq göstərirlər.