ABŞ İrana güclü zərbələr endirdi
Dünya
ABŞ Silahlı Qüvvələri İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirməyə başlayıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada bildirilir ki, həyata keçirilən əməliyyatlar İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq icra edilir.
"ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı hədəfli və güclü zərbələr endirir. Bu əməliyyatlar İranın beynəlxalq gəmiçiliyə qarşı son hücumlarına cavab xarakteri daşıyır", – deyə məlumatda vurğulanıb.