ABŞ İrana hücum edə bilməyəcək - SƏBƏB

ABŞ İrana hücum edə bilməyəcək - SƏBƏB Dünya

ABŞ rəsmiləri İranın mümkün hücumu halında Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarını müdafiə etmək imkanları ilə bağlı narahatlıq keçirirlər.

News24.az xəbər verir ki, “The Atlantic”in administrasiyadakı mənbələrə istinadən yaydığı məlumata görə, Prezident Donald Tramp İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyat keçirmək qərarı verərsə, ABŞ rəsmiləri bölgədəki Amerika və müttəfiq bazalarını mümkün İran hücumlarından qorumaq qabiliyyətlərinə tam əmin deyillər.

Nəşr qeyd edir ki, İranın ABŞ qüvvələrinə zərbə endirmək imkanlarını artıq nümayiş etdirdiyi düşünülür. Buna nümunə kimi İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi bazaya İran raketinin müdafiə sistemini keçərək zərbə vurması göstərilir. Məlumata görə, raket Amerika hərbçilərinin yerləşdiyi kazarmada partlayıb.

“The Atlantic”in məlumatına əsasən, Vaşinqton hazırda İrana qarşı hərbi təzyiqi artırmaq əvəzinə iqtisadi təzyiq və sanksiyalara daha çox üstünlük verir. Tramp administrasiyası İranı iqtisadi baxımdan zəiflətməklə Tehranın danışıqlara qayıtmasına nail olmağa çalışır.