ABŞ İrana qarşı bu qadağanı yumşaltdı
Dünya
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2026 FIFA Dünya Kuboku çərçivəsində İran Milli Futbol Komandasının ABŞ-yə səfəri ilə bağlı tətbiq edilən bəzi məhdudiyyətlərin yumşaldıldığını açıqlayıb.
News24.az xəbər verir ki, məlumata görə, İran millisinin 26 iyunda Sietl şəhərində keçiriləcək qrup mərhələsinin son oyunundan əvvəl ölkəyə daha erkən gəlməsinə icazə veriləcək. Beləliklə, komanda əvvəlki oyunlarla müqayisədə ABŞ-də bir gün daha artıq qala biləcək.
Bununla belə, qərara əsasən İran yığmasının oyunlardan sonra yenidən Meksikanın Tijuana şəhərində yerləşən əsas düşərgəsinə qayıtması tələb olunur.
Qərarın İran Futbol Federasiyasının turnir zamanı komandaya münasibətlə bağlı FIFA-ya rəsmi şikayət planını açıqlamasından sonra verildiyi bildirilir. Eyni zamanda, Ağ Evin FIFA üzrə işçi qrupunun rəhbəri Endryu Culiani də son günlər siyasətdə dəyişikliklə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.
Əvvəllər ABŞ, İranla bağlı təhlükəsizlik və diplomatik gərginlik fonunda komandanın Arizona-da kamp keçirməsinə icazə verməyib, bu səbəbdən düşərgə Meksikanın ABŞ sərhədinə yaxın Tijuana bölgəsinə köçürülüb.