ABŞ İrana qarşı hərbi əməliyyatlar bərpa edir? - Tramp iclas keçirdi
Dünya
“HMD Global” şirkəti “Nokia” brendi altında süni intellekt (AI) funksiyaları ilə təchiz olunacaq dörd yeni düyməli telefonunu təqdim etməyə hazırlaşır.
News24.az xəbər verir ki, söhbət “Nokia 200 4G”, “210 4G”, “215 4G 2nd Edition” və “235 4G 2nd Edition” modellərindən gedir.
Qurğular klassik düyməli dizaynı, kiçik rəngli ekranı və klaviaturası ilə seçilir.
Telefonların əsas yeniliyi klaviaturada yerləşdirilən AI düyməsidir.
Onun süni intellekt əsaslı çat-bot və ya neyroşəbəkəni işə salmaq üçün nəzərdə tutulduğu ehtimal edilir.
Yeni modellərin texniki xüsusiyyətləri, satış tarixi və qiyməti hələ açıqlanmayıb.