ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi Dünya

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısını genişləndirərək daha 16 fiziki və 11 hüquqi şəxsi məhdudlaşdırıcı tədbirlərə məruz qoyub.

News24.az xəbər verir ki, yeni sanksiyalar 16 İran vətəndaşına, həmçinin 11 şirkətə şamil edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, sanksiya siyahısına daxil edilən şirkətlər İran, İraq, Çin və Kubada qeydiyyatdan keçib.