ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı Dünya

ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə İrana yeni zərbələr endirməyə başlayıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"Ali Baş Komandanın əmri ilə CENTCOM qüvvələri İranın Hörmüz boğazında gəmiçilik azadlığına təhdid yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə ölkəyə əlavə zərbələr endirməyə başlayıb", - deyə məlumatda bildirilib. (Trend)