ABŞ İrana qoşun yeridir

ABŞ İrana qoşun yeridir Dünya

Yaponiyanın Xirosima şəhərində 60 yaşlı qadın ərini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

News24.az xəbər verir ki, Mie Uçidanın 66 yaşlı həyat yoldaşının meyiti oktyabrın 27-də səhər saatlarında tibb bacısı tərəfindən aşkarlanıb. Kişi xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İstintaqın ilkin məlumatlarına görə, qadın hadisədən bir gün əvvəl ərinə ağır xəsarətlər yetirib. Belə ki, o, evdə saxlanılan taxta qılıncla həyat yoldaşına bir neçə dəfə zərbə endirib.

Saxlanıldıqdan sonra Mie Uçida ittihamı qismən etiraf edib. O, ərinin kürəyinə taxta qılıncla zərbə vurduğunu bildirib, lakin onun sinəsinə və bədəninin digər nahiyələrinə zərbələr endirdiyini inkar edib.