ABŞ İrana yenidən zərbə endirə bilər – Trampdan sərt mesaj

ABŞ İrana yenidən zərbə endirə bilər – Trampdan sərt mesaj Dünya

ABŞ Prezidenti Donald Tramp İrana kütləvi hücum ehtimalını araşdırdığını və zərbələrin əvvəlkindən daha böyük olacağını bildirib.

News24.az xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsi zamanı danışıb.

"Əvvəllər düşündüyümdən daha çox kütləvi hücumu nəzərdən keçirirəm. Qərar verməyə yaxınam. Hamımız buna hazırıq", - o, deyib.

Trampın sözlərinə görə, Vaşinqtonun yeni hərbi əməliyyata başlamaq üçün heç kimə ehtiyacı yoxdur. (APA)