ABŞ İranda 10-dan çox şəhəri vurdu
Dünya
ABŞ-nin İrana qarşı gecə saatlarında başlayan hərbi əməliyyatı başa çatıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İranın Xuzistan əyalətinin Əhvaz, Abadan, Şadeqan və Ərvəndkenar, Hörmüzqan əyalətinin Qeşm, Kiş və Bəndər Abbas, eləcə də Fars əyalətinin Buşehr, Nurabad və Kazerun şəhərlərində yerləşən hədəflərə hava və raket zərbələri endirilib.
Əməliyyat bir gün əvvəl ABŞ qüvvələrinə qarşı İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) raket hücumlarına cavab olaraq həyata keçirilib.
Əməliyyat zamanı komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatları qurğuları, sahil müşahidə və müdafiə mövqeləri, eləcə də dəniz imkanları daxil olmaqla onlarla SEPAH hədəfi vurulub.
Komandanlıq əməliyyatın məqsədinin ABŞ qüvvələrinə, ticarət gəmilərinə və qonşu ölkələrə yönəlmiş İran təhdidlərini azaltmaq məqsədi daşıdığını bildirib və əlavə edib ki, regionda yerləşən 50 mindən çox ABŞ hərbçisi yüksək döyüş hazırlığı vəziyyətindədir.