ABŞ İranda hava limanını vurdu: Ölən var - Video
Dünya
ABŞ-nin zərbələrindən sonra İranın bir neçə şəhərində partlayışlar baş verib.
News24.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Partlayış səslərinin həm ölkənin cənubunda, həm də şimalında – Bəndər-Abbas, Konarak, Sirik, Cask, İranşəhr, Aqqala və Çabahar şəhərlərində eşidildiyi bildirilir. Oxşar hadisələr Fars körfəzində yerləşən Əbu Musa adasında da qeydə alınıb.
Məlumata görə, azı iki nəfər həlak olub.
Onlardan biri yanğınsöndürən, digəri isə İranşəhr hava limanının meteorologiya mərkəzinin əməkdaşıdır. Çabaharda ABŞ-nin zərbələri nəticəsində xəstəxana binası, liman körpüləri və hava hərəkətini idarəetmə qülləsi zədələnib. Şəhərdə elektrik enerjisinin verilişi də dayandırılıb.
ABŞ hərbçiləri hücumların miqyasını genişləndirərək sahil radarlarını, gəmiəleyhinə raket mövqelərini və hava hücumundan müdafiə sistemlərini hədəfə alırlar. ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu zərbələr çərşənbə axşamı İranın gəmilərə endirdiyi hücumlara cavab olaraq həyata keçirilib.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, belə hadisələr təkrarlanacağı təqdirdə ABŞ zərbələrinin gücü daha da artırılacaq.