ABŞ İranda toya endirilən zərbəni araşdırır
Dünya
ABŞ İranda toy mərasiminin keçirildiyi evə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb.
News24.az xəbər verir ki, bu barədə “Axios” və “NBC News” məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatlarının görüntülərini və hədəfin seçilməsi prosedurunu araşdırır.
ABŞ rəsmiləri isə bildiriblər ki, hərbçilər həmin ərazidə yerləşən həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan rabitə qülləsini hədəfə alıblar.
Qeyd edək ki, toy mərasiminin keçirildiyi evdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 67 nəfər yaralanıb.
Bununla belə, ABŞ tərəfi hələlik rəsmi şəkildə endirilən zərbə səbəbindən ölən və yaralananların olmasına təsdiqləməyib.
İran Silahlı Qüvvələri isə faciə yerində ABŞ raketlərinin qalıqlarını nümayiş etdirib.