ABŞ İrandan nə istəyir? – Rubio açıqladı
Dünya
ABŞ təkcə Hörmüz boğazının açılmasına görə İrana qarşı sanksiyaları ləğv etməyəcək.
News24.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Bildirib ki, sanksiyaların yumşaldılması onların tətbiqinə səbəb olan amillərin aradan qaldırılması müqabilində mümkün ola bilər.
"İran nüvə fəaliyyətinə görə sanksiya altına düşüb. Əgər bütün bunlardan imtina etməyə razı olsalar, öhdəlikləri və həmin öhdəliklərə əməl etmələri ilə bağlı sanksiyaların yumşaldılması baş verə bilər”, – Rubio əlavə edib.