ABŞ İranın neft tankerinə raket hücumu etdi
Dünya
Xarq adası yaxınlığında İranın neft tankeri ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb.
News24.az "Tasnim"ə istinadən xəbər verir ki, tanker ABŞ qüvvələrinin mərmisi ilə vurulub.
"Xoşbəxtlikdən hücum insan itkisi ilə nəticələnməyib və tankerin heyəti təxliyə edilir", - məlumatda bildirilib.
Qeyd olunub ki, dəyən zərərin miqdarı və bu hadisənin dəqiq miqyası barədə əlavə təfərrüatlar aidiyyəti orqanlar tərəfindən araşdırılır.
Xatırladaq ki, İranın liman şəhəri olan Caskda da partlayış səsi eşidilib. (Report)