ABŞ razılaşmanın beş əsas bəndini pozub - Qalibaf
Dünya
Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-nin İranın cənubundakı hədəflərə endirdiyi zərbələrdən sonra Vaşinqtonu 14 maddəlik razılaşmanın əsas müddəalarını pozmaqda ittiham edib.
News24.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, ABŞ-nin beş əsas pozuntuya yol verdiyini vurğulayıb.
“ Hörmüz boğazı ilə bağlı razılaşmanın pozulması, yeni hücumlarla bağlı təhdidlərin davam etməsi, neft sanksiyalarının bərpası, İranın cənubuna hücumların edilməsi, İsrailin Livana davam edən təcavüzü. Zorakılıq və şantaj dövrü bitdi. Siz məqsədlərinizə çata bilməyəcəksiniz. Biz təslim olmayacağıq”, - deyə iranlı spiker bildirib.