ABŞ sərhədlərini insanabənzər robotlar qoruyacaq

ABŞ sərhədlərini insanabənzər robotlar qoruyacaq Dünya

Gələcəkdə ABŞ-nin cənub sərhədini insanabənzər robotlar qoruyacaq.

News24.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, robotlar mürəkkəb relyefli ərazilərdə müstəqil hərəkət edə və insanları aşkar edə biləcəklər.

Gələcəkdə onların ABŞ-nin cənub sərhədində patrul xidmətinə cəlb edilməsi planlaşdırılır.

Texnologiya ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə təqdim edilib.

“Fondation” şirkətinin baş direktoru Sanket Patxak bildirib ki, şirkət milli təhlükəsizliyə cavabdeh olan bir neçə ABŞ dövlət qurumu ilə danışıqlar aparır.

Qeyd edək ki, aprelin 30-da ABŞ Federal Rabitə Komissiyası Çindən yeni insanabənzər və dördayaqlı robotların idxalını qadağan edib.

Qurumun məlumatına görə, qərar ölkədə süni intellekt texnologiyalarının inkişafını milli təhlükəsizlik təhdidlərindən qorumaq və gələcək üçün strateji əhəmiyyət daşıyan əsas istehsal sahələrini ABŞ-yə qaytarmaq zərurəti ilə əsaslandırılıb.

Bundan əlavə, ABŞ-a bərpa olunan enerji mənbələrini və akkumulyatorları elektrik şəbəkələrinə və məlumat emalı mərkəzlərinin avadanlıqlarına qoşmağa imkan verən enerji invertorlarının idxalına da icazə verilməyəcək.