ABŞ telekanalları Trampın media qadağasına etiraz etdi

ABŞ telekanalları Trampın media qadağasına etiraz etdi Dünya

ABŞ-nin aparıcı televiziya kanalları Prezident Donald Trampın bəzi media qurumlarının Ağ Evə girişini məhdudlaşdırmasına etiraz edib.

News24.az xəbər verir ki, ABC, CBS, Fox News, NBC və CNN Ağ Evdə keçirilən bəzi tədbirləri yayımlamamağa qərar veriblər. Kanallar bunuı CNN, MS NOW və "Politico" müxbirlərinin Ağ Evə girişinə qoyulan qadağaya etiraz əlaməti olaraq tətbiq edəcəklər.

Media qurumları bəyan ediblər ki, hökumətin fəaliyyətinin müstəqil və dəqiq işıqlandırılması ictimaiyyət üçün vacibdir.

CNN, MS NOW və "Politico" isə qadağaya qarşı federal məhkəmədə iddia qaldırıblar. Tramp administrasiyası bunun ardınca Ağ Evin rəsmi canlı yayımını “Trump TV” adı ilə sosial mediada təbliğ edib.