ABŞ Ukraynaya 2,1 milyard dollarlıq silah satışını təsdiqlədi
Dünya
ABŞ Ukraynaya 2,1 milyard dollar dəyərində potensial müdafiə satışına razılıq verib.
News24.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, satış çərçivəsində Ukraynaya 500 ədəd PAC-3 raketi və əlaqəli avadanlıqların tədarükü nəzərdə tutulur.
Bildirilib ki, bu satış Ukraynanın müdafiə imkanlarını gücləndirəcək və ABŞ-nin milli təhlükəsizlik maraqlarına xidmət edəcək.
Silahların dəyəri Kanada, Almaniya və Norveçin maliyyə dəstəyi, eləcə də digər vəsaitlər hesabına ödəniləcək. Satış üçün ABŞ hökumətinin vəsaitlərindən istifadə olunmayacaq.
Müqavilənin əsas icraçısı ABŞ-nin “Lockheed Martin” şirkəti olacaq.